Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqust ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.
Aqrar Sığorta Fondu iş adamlarına və fermerləri kartof sahələrini sığortalamağa çağırır. Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta haqları belədir:
Qarabağ regionu - 73 manat
Şərqi Zəngəzur regionu 73 manat
Şəki-Zaqatalada - 120 manat
Lənkəran–Astara region - 49 manat
Qazax–Tovuz ərazisi - 180 manat
Mərkəzi Aran rayonları - 59 manat
Quba-Xaçmaz bölgəsi - 49 manat
Mil–Muğan regionunda - 59 manat
Abşeron-Xızı bölgəsində - 49 manat.
Gəncə–Daşkəsən regionunda - 180 manat
Şirvan–Salyan zonasında - 59 manat
Dağlıq Şirvan bölgəsində - 46 manat
Bakıda - 49 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024