“Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi məqsədilə atılan addımdır”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev deyib. AXA sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin aprelində imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlıq məntəqələrinin 2022-ci ilədək mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Yeni qərar dövlət sifarişi əsasında özəl baytarlıq subyektlərinin (hüquqi və fiziki şəxslərin) göstərəcəyi xidmətlərin siyahısını özündə birləşdirir.
“Dövlət xüsusi təhlükəli xəstəliklərlə mübarizə məsuliyyətini öz üzərində saxlayır. Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarlar xüsusi təhlükəli xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsini həyata keçirəcəklər. Bu da həm sərbəst fəaliyyətə başlamış baytarların fəaliyyətinə dəstək olacaq, həm də daha çox baytar mütəxəssislə işləməyə imkan verdiyindən xidmətlərin keyfiyyətli icrasını təmin edəcək”, - deyə AXA sədri vurğulayıb.
Mirzə Əliyev əlavə edib ki, növbəti addım olaraq AXA ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsi təsdiqlənəcək. Bundan başqa, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsistemi formalaşdırılacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024