Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fermerlərə müraciət edib. Müraciətdə bildirilir ki, Aqrar Xidmətlər Agentliyi fermerlərə sertitikatlı toxumdan istifadə etməyi tövsiyə edir.
“Bu ilin payızlıq dənli bitkilərinin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxum istehsalcılarını (buğda, arpa) fermerlərin diqqətinə çatdırırıq. Sertifikatlı toxum istehsalçıları barədə məlumat və əlaqə vasitələri ilə əlavə edilmiş siyahıdan tanış ola bilərsiniz. ( https://bit.ly/2FBed5m )”, - deyə məlumatda vurğulanıb.
Məhsul istehsalçılarına toxum alarkən istehsalçıdan onun kondisiyalılığı haqqında sertifikatı tələb etmək tövsiyə olunur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024