Aqrar Xidmətlər Agentliyində könüllülük fəaliyyətini uğurla başa vurmuş “Aqrar İnkişaf Könüllüləri” ilə görüş keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə iştirak edib.
Görüşdə çıxış edən AXA sədri Seymur Mövlayev bildirib ki, “Aqrar İnkişaf Könüllüləri” təşkilatının yaranmasında əsas məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdən ibarətir. Qeyd edib ki, Agentliyin müxtəlif şöbələrində qurumun fəaliyyət istiqamətləri ilə tanış olan könüllülər əmək vərdişləri, vətəndaşlarla ünsiyyət qurma bacarıqlarının formalaşması istiqamətində lazımi təcrübə qazanıblar.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov könüllülərə təqdim edilən sertifikatların əhəmiyyətinə toxunub. Bildirib ki, bu sertifikatlar məzun aqrar könüllülərin gələcəkdə karyera qurmasında, həmçinin aqrar sahədə müvafiq ixtisaslar üzrə işlə təmin edilməsində mühüm rol oynayacaq.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə könüllülərin AXA-da yüksək səviyyədə təcrübə keçdiklərinə və yaradılan əlverişli şəraitə görə rəhbərliyə təşəkkür edib. O, qazanılmış təcrübənin gələcəkdə aqrar sahədə fəaliyyət göstərəcək gənclərin karyera imkanlarını genişləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək onları təbrik edib, karyeralarında və gələcək həyatlarında uğurlar arzu ediblər.
Məzun könüllülər AXA-da fəaliyyət göstərdikləri müddət ərzində müvafiq təcrübələr qazandıqlarını, xüsusilə sorğuların keçirilməsi, fermerlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə yiyələndiklərini, informasiya texnologiyaları sahəsində zəruri biliklərə yiyələndiklərini qeyd ediblər. Könüllülər təcrübə müddətində yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar.
Tədbirin sonunda 18 məzun könüllüyə sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024