Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin və Regional Aqrokimya Laboratoriyasının mütəxəssisləri Lənkəranda bir neçə təsərrüfatda fermerlərlə görüşüb. Görüşdə Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə göstərilən xidmətlər, xəstəlik və zərərvericilərlə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları barədə ətraflı məlumatlar verilib.
Həmçinin, iştirakçılar tərəfindən sitrus bağlarına baxış keçirilib, zərərverici və xəstəliklərlə sirayətlənmə ilə bağlı müşahidələr aparılıb, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı fermerlərə məsləhət və tövsiyələr verilib. Eyni zamanda, payızlıq taxıl əkini ücün sahələrdən, eləcə də sitrus bağlarından aqrokimyəvi analizlər aparmaq ücün torpaq nümunələri ğötürülərək Regional aqrokimya laboratoriyasına təqdim edilib.
Sonda fermerlərlə geniş müzakirələr aparılıb, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024