Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi \"Aqrar ixtisaslaşmış jurnalistlər\" layihəsinin iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetində təlim prosesinə cəlb olunublar. Onlara ADAU-nun texniki bazası, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laboratoriyalar, maşın traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana sistemi barədə geniş məlumat verilib. ADAU-da təhsilin stimullaşdırılması, təqaüd sistemi barədə aqrar təhsilin keyfiyyətinin daha da artırılması üçün görülən işlər layihə iştirakçılarında böyük maraq doğurub.
Aqrar İnkişaf Könüllüləri, Azərbaycan Dövlət Aqrar Universitetinin və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrindən ibarət heyət ADAU-nun rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla da görüşüblər. Azərbaycan Xalq Cümhuriyyəti muzeyində keçirilən görüşdə rektor İbrahim Cəfərov layihə iştirakçılarına universitetin inkişaf yolundan danışıb, gənclərə tövsiyələrini verib.
Qeyd edək ki, layihə çərçivəsində təlimlərə “Sosial medianın kənd təsərrüfatında rolu”, “Jurnalistikanın əsasları”, “Bitkiçilik”, “Heyvandarlıq”, “Torpaqdan səmərəli istifadə”, “Aqrar sahədə data analitikası və elektron kənd təsərrüfatı”, “Kənd təsərrüfatına dövlət dəstəyi”, “Aqrar məşğulluq və kənd təsərrüfatı kreditləri” mövzularında təlimlər keçirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024