Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə mineral gübrələrin və pestisidlərin respublikaya gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satmaq kimi bir funksiya verilib. “Aqrolizinq” xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının mineral gübrələrə olan tələbatı yaxşılaşdırılıb, aqrotexniki xidmətin dairəsi genişlənib.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynovun sözlərinə görə, bu ilin ötən dövrü ərzində cəmiyyət tərəfindən 120 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb, bu günə kimi mineral gübrələrin 99,8 faizinin respublikaya gətirilməsi təmin olunub.
“Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, Aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilık, üzümçülük və sair sahələrin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da günü-gündən artır. Bu artımı nəzərə alan “Aqrolizinq” tərəfindən yenidən 57 min ton mineral gübrə alınması üçün tender keçirilib və hal-hazırda gübrələrin alınması proseduru davam edir”.
Musa Hüseynov bildirib ki, kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün torpaqların münbitliyinin bərpa olunması fermerlərin daim diqqət mərkəzində olmalıdır: “Fermerlərə mineral gübrələrdən istifadə etməzdən əvvəl öz əkin sahələrindən götürülmüş torpaq nümunələrini analizə verməyi tövsiyə edərdik. Torpaqlarda əsas tələb olunan mineral elementlər - azot, fosfor, kalium və digər mikroelementlərdir. Analizlər bu elementlərdən hanısa daha çox ehtiyac olduğunu müəyyənləşdirir”.
Şöbə müdiri deyib ki, bu gün “Aqrolizinq” tərəfindən ölkəmizə ən çox tələb olunan ammofos gübrəsi gətirilir: “Bu gübrə bitkilərin həm məhsuldarlığını artırır, həm də onun meyvə, çiçək və tumurcuqlarının inkişafına kömək edir”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024