Qurum avqustun 1-dən \"ASAN Pay\" ödəniş sisteminə inteqrasiya olunub
\"Aqrolizinq\" ASC 1 avqust 2018-ci il tarixindən \"ASAN Pay\" ödəniş sisteminə inteqrasiya olunub. Artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi \"ASAN Pay\" ödəniş terminalı və elektron kartlar vasitələri ilə \"ASAN Ödəniş\" sistemi üzərindən aparıla bilər. Bunun üçün ödəyicilər asanpay.az saytına daxil olaraq Kredit/Lizinq bölməsində \"Aqrolizinq\" ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.
Bu gündən etibarən \"ASAN Ödəniş\" sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E-manat”, “Milliön”, “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.
“Aqrolizinq” ASC-nin \"ASAN Pay\" sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024