“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində dekabrın 1-də Şamaxı rayonunda sakinlərlə görüş keçirəcəklər. Saat 11:00-da Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.
Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) müraciət edə bilərlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024