“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində Şamaxı rayonunda sakinlərlə görüş keçiriblər. Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak ediblər.
Görüşdə vətəndaşlara “Aqrolizinq”in fəaliyyəti, xidmətlər, lizinq qaydaları barədə maarifləndirici məlumatlar verilib, vətəndaşların qaldırdığı məsələlərə münasibət bildirilib. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov elektronlaşma ilə bağlı təqdimatla çıxış edib. Vətəndaşlar artıq mobil applikasiya üzərindən sifarişlərin veirlməsi imkanlarının yaradılmasını məmnuniyyətlə qarsalayıblar.
Görüşdən sonra 20-yə yaxın vətəndaşa güzəşt müqaviləsi təqdim olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024