“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Ağsu rayonuna səfər edib. Səfərdə məqsəd pambıq yığımı ərəfəsində fermerlər üçün maarifləndirici tədbir keçirmək olub.
Rayonun Navahı kəndində 11 hektarlıq pambıq sahəsində keçirilən tədbirdə fermerlərə kombaynla yığıma hazırlıq qaydaları, pambıq kollarının defolyasiyası prosesi barədə məlumatlar verilib. Tədbir çərçivəsində iştirakçılara həmçinin \"Aqrolizinq\" ASC-nin bazasında olan defolyantlar, onların aqrotexniki qaydalara uyğun tətbiqi qaydaları və təhlükəsizlik geyimləri barədə geniş məlumat verilib, defolyantlar və geyimlər traktorçulara təqdim edilib.
Qeyd edək ki, cari il ərzində təhlükəsizlik geyimləri respublikanın bütün rayonlarında pambıq sahələrində gübrələmə işini həyata keçirəcək traktorçulara təqdim ediləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024