“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) vətəndaşlara göstərilən xidmətlər və lizinq qaydaları ilə bağlı maarifləndirmə işlərini davam etdirir. “Aqrolizinq” ASC bu məqsədlə mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədilə “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə start verib.
İlk belə tədbir Şəmkir rayonunda keçirilib. Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçirilən tədbirdə “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi Şəmkir, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Samux və Gədəbəy rayonlarından olan sakinlər, həmçinin fermer və təsərrüfat sahibləri ilə görüşüblər.
Görüşdə vətəndaşlar lizinq qaydaları və tətbiq edilən güzəştlər, innovativ yeniliklər barədə maarifləndirilib, elektron xidmətlər barədə ətraflı məlumat verilib. Sonra kəndli və fermerlərin qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib.
Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024