“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nın tətbiqi ilə əlaqədar \"Aqrolizinq\" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında qurumun əməkdaşlarına maarifləndirici interaktiv təlimlər keçirilib. Təlimlərdə məqsəd peşəkarlığın artırılması, xidməti vəzifənin qərəzsiz icrası, vətəndaşlarla düzgün ünsiyyət və münasibətlərdə şəffaflığın qorunub saxlanması prinsiplərinə əməl edilməsidir. Təlimlərdə iştirakçılara nazirlik əməkdaşlarının etik davranış qaydalarının əsasları və prinsipləri izah olunub.
İlk təlimə “Aqrolizinq”in Yevlax regional nümayəndəliyinin, Goranboy, Ağdaş, Ucar və Göyçay rayon bölmələrinin əməkdaşları cəlb edilib. “Aqrolizinq”in bütün əməkdaşları mərhələli şəkildə bu təlimlərə cəlb olunacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024