May ayının 11-də Kənd Təsərrüfatı Nazirliyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC -nin regional nümayəndəliklərinin iştirakı ilə toplantı keçirilib.
“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdir. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.
Toplantıda nazir taxil biçini kampaniyası başlamazdan əvvəl “Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri toplantı iştrakçılarının nəzərinə çatdırıb. Bildirib ki, mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə olmalı və taxıl yığımı kampaniyası səmərəli təşkil edilməlidir. Kombaynların dislokasiyası müəyyən edilməli, tarlada texnikalar sürtgü yağları və yanacaqla təmin olunmalıdır. Bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütəmadi olaraq maarifləndirici verilişlər hazırlanmalıdır. Həmçinin maliyyə nizam - intizamına, şəffaflığa və dövlət vəsaitinə ciddi nəzarət olunmalıdır.
Sonda nazir İnam Kərimov “Aqrolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024