“Trend” İnformasiya Agentliyinin mətbuat zalında oktyabrın 5-28-də Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Abduləliyev, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və KİVA beynəlxalq sertifikatlaşdırma mərkəzinin nümayəndəsi Mətin Duran yarmarkanın təşkilinə dair görülən işlərlə bağlı məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar.
Asəf Ömərov bildirib ki, bu il yarmarkada iştirak etmək üçün Dövlət Aqrar İnkişaf Mərkzələrinə 371 müraciət daxil olub. Arıçılar yarmarkaya 150 ton süzmə bal çıxarmağı planlaşdırır. Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub. Şöbə müdiri qeyd edib ki, yarmarkanın təşkilini Kənd Təsərrüfatı Nazirliyi, yarmarkaya çıxarılan məhsulların keyfiyyətinə nəzarəti isə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev sərgi-yarmarkaya çıxarılan bal məhsullarının ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirildiyini vurğulayıb. Yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb, agentliyin əməkdaşları tərəfindən nümunələr götürülüb. Ötən müddət ərzində 3974 bal nümunəsi ekspertizadan keçirilib ə təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bal məhsullarının keyfiyyətinin yoxlanılması sahəsində görülən işləri müsbət dəyərləndirib. O bildirib ki, assosiasiya yerlərdə arıçıların seçilməsi, siyahıların təsdiqi və yarmarkada yerlərin müəyyənləşdirilməsi işlərində Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edib.
KİVA-nın nümayəndəsi Mətin Duran təmsil etdiyi qurumun analiz standartlarını müəyyənləşdirmək üzrə ixtisaslaşdığını, bal nümunələrindən analizlərin götürülməsi prosesini müşahidə etdiyini bildirib. O qeyd edib ki, KİVA yarmarkanın təşkilatçıları ilə bal məhsullarının müasir standartlara uyğun analizinin aparılmasında əməkdaşlığa həmişə hazırdır.
Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024