Respublikada arpa biçini davam edir. İyunun 3-nə olan operativ məlumata görə, artıq 36148 hektar sahədə biçin başa çatıb. Sahələrdən 102032 ton məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 28,2 sentner təşkil edir.
Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1139 kombayn cəlb olunub. Bunlardan 403 kombayn “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır. “Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 183 kombayn dislokasiya edilib. Arpa biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 553 kombayn da iştirak edir. İndiyədək “Aqroservis” ASC-nin kombaynları tərəfindən 21402 hektar, fiziki və hüquqi şəxsləri kombaynları tərəfindən isə 14746 hektar sahədə biçin aparılıb.
Azərbaycanda taxılın kütləvi biçini iyunun ikinci ongünlüyündə başlayacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024