Astara rayonunun Tüləgüvən kəndində məhdud dairədə yayılmış karantin tətbiq edilən orqanizmlərlə sirayətlənmiş ərazilərin müəyyən edilməsi və mübarizə işlərinin həyata keçirilməsi istiqamətində fitosanitar tədbirlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən bəzi torpaq mülkiyyətçilərinə məxsus sitrus bağlarında meyvə ağaclarının zərərvericilərlə sirayətlənməsinin müəyyən edilməsi istiqamətində müşahidələr davam etdirilir.
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 36 hektar naringi bağlarında Kaliforniya qalxanlı yastıcasına (Quadraspidiotus perniciosus Comstosk) qarşı, 28 hektar naringi bağında Avstraliya şırımlı yastıcasına (Icerya purchasi Mask.) qarşı Tiometoksam tərkibli Artiste (0,2 l/1 ha) və Abamektin tərkibli Abam (0,025 l/1 ha) preparatlarından, təsərrüfat subyektləri hesabına isə 200 hektardan çox naringi, Kinkan (Çin limonu) və limon bağlarında adıçəkilən yastıcalara qarşı Dimetoat tərkibli Korumagor 40 EC (2-2,5 l/1 ha), İmidokloprid tərkibli Konfidor və Veftnor preparatlarından istifadə edilməklə kimyəvi mübarizə aparılıb. Ancaq bir çox hallarda sahibkarlar tərəfindən kimyəvi mübarizənin vaxtının və preparatların düzgün seçilməməsi görülən tədbirlərin səmərəsini aşağı salıb ki, bu da sahələrin zərərvericilərlə sirayətlənməsi üçün münbit şərait yaradıb.
Artıq Tüləgüvən kəndində sirayətlənmiş ərazilər Astara rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb və torpaq mülkiyyətçilərinə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması üçün müvafiq tövsiyələr verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024