Bayandur Rzayev: “Fermerlərin müraciətlərinin çevik və operativ cavablandırılması vacibdir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağsu və Göyçay rayonlarına səfər edib. Səfərdə məqsəd heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə və şəffaflığın təmin edilməsi proseslərinə nəzarət etmək olub.
Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.
Səfər çərçivəsində keçirilən görüşlərdə B. Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. O bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.
Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024