Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən \"Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək\" adlı Tvinninq layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edən ekspert missiyasının üzvləri-Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Macikuate Zviniene, Latviyalı ekspert Jolanta Silka, Fransanın Liyon Universitetinin professoru Didier Ronze, layihənin rezident koordinatoru Liza Baydanova, Təhsil Nazirliyinin baş məsləhətçisi Yaşar Ömərov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları təhsil müəssisəsinin auditoriyaları, laboratoriyaları, yardımçı təsərrüfatı, tələbə evləri ilə tanış edib, layihə çərçivəsində əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024