Avstriyanın İnsburk şəhərində İnsburk Universitetinin təşkilatçılığı ilə 50 ölkədən 500-dən artıq mütəxəssisin iştirakı ilə “Beynəlxalq Dağlar Konfransı 2019” keçirilib. Konfransda dağlıq ərazilərdə torpaqdan istifadə, dağlıq zonaların iqlim dəyişkənliyinə adaptasiyası, dağlarda baş verən eroziya və digər deqradasiya hallarına qarşı müasir mühafizə üsullarının tətbiq edilməsi, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində müzakirələr aparılıb.
“Beynəlxalq Dağlar Konfransı 2019” tədbirinin əsas məqsədi dağlıq ərazilərin potensialından səmərəli istifadə etməklə ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi, biomüxtəlifliyin qorunmasının təmin edilməsi, dağ turizminin digər turizm sektorları ilə inteqrasiyalı inkişafına nail olunmasından ibarət olub.
“Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, həmçinin Almaniya Beynəlxalq Əməkdəşlıq Təşkilatının (GİZ) məsləhətçisi Aydın İnciyev iştirak ediblər. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqələri çərçivəsində həyata keçirilən “Otlaqların davamlı inkişafı və inteqrasiyalı idarə olunması” layihəsi üzrə Almaniya Aerokosmik Mərkəzi tərəfindən peyk şəkillərindən istifadə edilməklə Azərbaycanda otlaqların ilkin qiymətləndirmə xəritəsi tədbirdə müzakirə olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024