Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi(AXA) fermerləri bəslədikləri quşların nyukasla qarşı peyvəndlənməsi üçün baytarlarla mütəmadi əlaqə saxlamağa çağırır. Nyukasl profilaktikası, diaqnozu və müalicəsi dövlət tərəfindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərdəndir. Bu xəstəlik quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən sayılır və hər il dövlət vəsaiti hesabına plana uyğun şəkildə vaksinasiyası aparılır.
Ötən 8 ay ərzində yerli baytarlıq idarələri tərəfindən nyukasl xəstəliyinə qarşı 44 milyon başa yaxın quş peyvənd edilib. Peyvəndlər ölkəmizdə daha çox istifadə olunan “H” və “La-sota” ştammları ilə aparılıb. Vaksinasiya tədbirləri ilin sonunadək davam edəcək.
Qeyd edək ki, heyvanlar və quşlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. AXA tərəfindən göndərilən bioloji preparatların effektivliyini qorumaq üçün onlar bütün istifadə dövriyyəsi boyu +2-+8 °C temperaturda saxlanılır.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlar, eləcə də quşlar arasında hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024