Azərbaycan Dövlət Aqrar Universiteti Masaçusets Texnoloji Universiteti və Harvard Universitetinin birgə təsis etdikləri edX platformasına qoşulmaq üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən 15 Mart 2021-ci il tarixindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün edX platformasında bir sıra ixtisaslar üzrə ödənişsiz qaydada onlayn kurslarda təhsil almaq imkanı yaranıb.
Onlayn kurslar biznes, biznesin idarəedilməsi, sahibkarlıq, kompüter bilikləri, liderlik və digər istiqamətləri əhatə edir. Kurslar dünyanın aparıcı universitetlərinin - Harvard Universiteti, DELFT Texnologiyalar Universiteti, Columbia Universiteti, Maryland Universiteti və digər ali təhsil müəssisələrinin professorları tərəfindən onlayn qaydada təqdim edilir. Kurslar 6-12 həftə davam edir. Bir neçə moduldan ibarət olan proqramlarda hər modulun sonunda qiymətləndirmə həyata keçirilir.
Müqaviləyə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin 5000 tələbəsi müxtəlif proqramlarda iştirak edə bilər. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. İlk kurslar martın 15-dən etibarən Harvard, DELFT və Columbia Universitetlərinin təşkil etdiyi “Leadership”, “Proqramming” və “Finance” mövzuları ilə bağlı olacaq. ADAU tələbələrini dünya təhsil brendləri tərəfindən təqdim edilən ödənişsiz kurslarda fəal iştirak etməyə dəvət edir.
Əlaqələndirici şəxs: ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İbrahim Zakir oğlu İbrahimov (tel.: 055 579 33 15; mail: ibrahim.ird.adau@gmail.com)
Mövcud kursların və proqramların siyahısı:
https://campus.edx.org/customers/essentials-catalog
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024