Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması layihəsi” çərçivəsində aqronomluq, torpaqşünaslıq, aqrokimya, bitki mühafizəsi və zoomühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.
Layihənin məqsədi aqronomluq, torpaqşünaslıq, aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə orta ixtisas və ya ali təhsil almış, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.
Təkmilləşdirmə kursları ödənişsizdir. Bakı şəhəri və ətraf rayonlardan kurslarda iştirak etmək istəyənlər universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin, kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Müraciət üçün son tarix: 21 avqust 2021-ci il
Müraciət üçün aşağıdakı linkə daxil olun:
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024