“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlayıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, layihə aqronomluq, baytarlıq və aqromühəndislik istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Layihədə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Qida Təhlüksizliyi Agentliyinin, bir sıra təşkilat və müəssisələrin əməkdaşları, ADAU məzunları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edirlər.
Tədbirdə çıxış edən mütəxəssislər bu kursların vacibliyini vurğulayaraq, universitetin texnika parkının, müasir tədris mərkəzlərinin, heyvandarlıq komplekslərinin, Baytarlıq klinikasının, heyvan kəsimi sexinin, Quşçuluq tədris mərkəzinin, Süni mayalanma tədris mərkəzinin müvafiq sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.
Təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar.
Qeyd edək ki, kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024