Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formatda məzun yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov bildirib ki, pandemiyanın sosial-iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunması, onların uğurlu karyerası vacib vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın onlayn formada keçirilməsi qərara alınıb. Rektor qeyd edib ki, ökəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi sayəsində çoxsaylı iş yerlərinin yaranması universitet məzunlarının layiqli məşğulluğu üçün böyük imkanlar yaradır.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Elvin Paşayev əlavə edib ki, bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Aparat rəhbərinin müavini qeyd edib ki, əmək bazarında tələb olunan praktiki bilik və bacarıqlara cavab verən təhsilin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. O, məşğulluğun təmin olunmasına əsaslanan tədrisin təşkilinin iqtisadiyyatın inkişafı və təhsilin keyfiyyətinə müsbət təsir etdiyini, işəgötürənlər üçün faydalı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri yarmarkada təqdim olunan iş yerləri barədə məlumat veriblər, tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan iş imkanlarından yararlanmağa çağırıblar.
Məzun yarmarkasında iştirak edən 72 müəssisə və təşkilat tərəfindən ümumilikdə 536 vakant yer təqdim olunub. Qeyd edək ki, cari ildə bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbə olmaqla ümumilikdə 1434 tələbə ADAU-da təhsilini başa vurub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024