Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin əlaqdar qrumlarının rəhbər və nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yenidən qurulan tədris-təcrübə təsərrüfatında olublar.
ADAU-nun rektoru İbrahim Cəfərov 80 hektar ərazini əhatə edən təsərrüfatda görülən işlərdən, yaradılan şəraitdən danışıb, qonaqlara ətraflı məlumatlar verib.
Bildirilib ki, bu təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib. Eyni zamanda, burada açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar yaradılıb. Ərazinin yolları abadlaşdırılıb və tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib. Yaşıllaşdırma və abadlıq işləri vaxtında və keyfiyyətlə icra edilib. Həmçinin, tədris-təcrübə təsərrüfatında qoyunçuluq və maldarlıqla bağlı ferma kompleksləri inşa edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar təhsilə xüsusi qayğısı, Kənd Təsərrüfatı naziri İnam Kərimovun tapşırıq və tövsiyələri nəticəsində ADAU-da peşəkar kadrların hazırlanması, elmi-tədqiqat və təcrübə işlərinin aparılması üçün hər bir şərait yaradılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024