Bu ilin oktyabrın 22-də Çinin Şensi əyalətinin və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təşkilatçılığı ilə Yanlin şəhərində kənd təsərrüfatı sahəsində yeni yüksək texnologiyalara həsr olunmuş 26-cı sərgi keçirilib. Sərgi kənd təsərrüfatı sahəsində əldə edilmiş yeni nailiyyətlərin, xüsusilə yüksək texnologiyaların nümayişi, habelə bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platforma rolunu oynayır.
Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Sərgi çərçivəsində təşkil edilən "2019 Şanxay Əməkdaşlıq Təşkilatının müasir kənd təsərrüfatının inkişafı üzrə Dəyirmi Masası" adlı tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin Çin Xalq Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin inkişafına və gücləndirilməsinə verdiyi önəmi qeyd edib, münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının 14 üzvü məruzələrlə çıxış edib, kənd təsərrüfatında müasir texnologiyalar, rəqəmsallaşdırma, əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və gücləndirilməsi, habelə bu sahədə kadr hazırlığı, məlumat mübadilə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Ağıllı kənd təsərrüfatı" adlı Yanlin Nümayiş Zonasına baş çəkib, bu sahədə əldə edilmiş nailiyyətlərlə əyani şəkildə tanış olub. Bundan başqa, tədbir iştirakçıları kənd təsərrüfatı texnologiyaları sahəsində beynəlxalq mübadilə və hazırlıq üzrə Nümayiş Mərkəzinin təməlqoyma mərasimində, həmçinin Müasir Kənd Təsərrüfatı Beynəlxalq Əməkdaşlıq Bazasının açılışında iştirak ediblər.
Ümumilikdə, tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatının bəzi üzv ölkələrin, müşahidəçi və Dialoq üzrə Tərəfdaş dövlətlərin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, Çində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də bir sıra Yaxın Şərq, Afrika və Qərb ölkələrinin və şirkətlərinin nümayəndələri iştirak ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024