Türkiyənin İzmir şəhərində 15-ci Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib. Sərgidə Azərbaycan tərəfdən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, sədr müavini Elton Əbdurəhmanov, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva iştirak edib.
Əkinçilik və heyvandarlıq sahəsinə həsr olunmuş sərgidə 70 ölkədən 854 şirkət öz məhsullarını nümayiş etdirib və sərgiyə 337 000-dən artıq iştirakçı qatılıb.
İştirakçılara toxumun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlarda istifadə yolları, biçinin daha qısa zaman ərzində tamamlanması və digər aqrotexniki tədbirlər barədə məlumat verilib. Sərgini ziyarət edənlər Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş mütəxəssislərin təcrübələri ilə tanış olmaq imkanı qazanıblar.
Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçiləri Türkiyənin tanınmış və lider toxum şirkəti olan “MAY Seed” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024