Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı daha da genişləndirməyə hazırlaşır.
İki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi məsələləri Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Fatih Metinlə Azərbaycanın Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun görüşündə müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta sisteminin qurulmasına qardaş ölkə böyük dəstək verib. Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatı arasında imzalanan razılaşmalara əsasən, Türkiyə tərəfi ölkəmizdə aqrar sığorta sisteminin qurulmasının bütün mərhlələrində aktiv iştirak edib.
Hazırda bu əməkdaşlıq və təcrübə mübadiləsi davam edir və onun daha da genişlənməsi nəzərdə tutulur.
Aqrar Sığorta Fondunda keçirilən görüşdə bildirilib ki, hazırda Azərbaycanda aqrar sığorta vasitəsilə 14 bitki növü, südlük mal-qara və balıqçılıq təsərrüfatları sığortalanır. Ölkə fermerləri aqrar sığortaya böyük maraq göstərirlər. 2021-ci ilin ilk 4 ayında toplanan sığorta haqlarının 1 milyon manatı keçməsi aqrar sığortaya tələbatın yüksək olduğunun göstəricisidir.
Qarşıdakı dövrdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, sığortanın əhatə etdiyi risklərin əhatəsinin isə böyüməsi nəzərdə tutulur.
Görüşdə bildirilib ki, bu yeniliklərin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan arasında aqrar sığorta sisteminə dəstək və təcrübə mübadiləsi davam etdiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024