Azərbaycanda taxıl biçini davam edir. İyunun 19-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 33,5 faizində biçin başa çatıb. Biçilmiş 338188 hektar sahədən 1053514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369303,7 hektar arpa sahəsinin 256695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.
Operativ məlumata görə, bu gün biçin prosesində 1644 kombayn iştirak edir. Bunlardan 581-i "Aqrolizinq"in biçin gedən rayonlarda aqriservislərin balansında olan kombaynlarıdır. "Aqrolizinq" tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024