Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 20-nə olan operativ məlumata görə, ölkə ərazisində 460056,95 hektar ərazidə taxıl biçini aparılıb, 279485,6 hektar ərazidə arpa, 180571,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1432433,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.
Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14900 hektar sahənin 14870 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8468 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024