Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 22-nə olan operativ məlumata görə, ölkə ərazisində 522759 hektar ərazidə taxıl biçini aparılıb, 288398,7 hektar ərazidə arpa, 234360,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1649035 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,5 sentner təşkil edir.
Ağdam, Ağcabədi, Balakən, Biləsuvar, Kürdəmir, Masallı, Neftçala, Saatlı, Yevlax, Ucar, Zərdab, Sabirabad, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Qax, İmişli, Füzuli, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024