Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 783147,6 hektar ərazidə taxıl biçini aparılıb, 319440 hektar ərazidə arpa, 463707,55 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2514610,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.
Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 21888 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,7 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8505 hektarı artıq biçilib, buğda əkilmiş 28621 hektar sahənin 27859 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 29 s/ha, buğda üzrə məhsuldarlıq 31,6 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024