Yanvarın 29-dək 312 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir.
Peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.
Torpaq sahəsi və əkin bəyanları barədə məlumatların “Azərkosmos”dan çəkilmiş ortofotolar əsasında yoxlamaları aparılır. Zərdab, Samux, Ağsu, Siyəzən, Ağcabədi, Balakən, Beyləqan, Göygöl, Oğuz və Sabirabad rayonlarından sonra daha 8 rayonda peyk yoxlamalarına start verilib. Hazırda Cəlilabad, Neftçala, İmişli, Salyan, Şəki, Xızı, Kürdəmir və Şabran rayonlarında peyk yoxlamalarına başlanıb. Həmin rayonlarda subsidiya subyekti olan böyük torpaq sahələrinə malik iri taxılçılıq təsərrüfatları və aqroparkların əkinlərinin yoxlanılması xüsusi qaydada həyata keçirilir. “Azərsky” və “Sentinel-2” peyklərindən çəkilmiş fotolar payız əkinlərinin monitorinqini aparmaq üçün istifadə olunur. Növbəti mərhələdə yoxlama prosesinin aparılmasında müasir vasitələrdən olan dronların imkanlarının sınaqdan keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndərilir və həmin ərazilərdə yerində yoxlamalar aparılır. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024