Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər şəxsi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində işgüzar səfərdədir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan və Palatanın digər rəhbər şəxsləri ilə görüşüb. Görüşdə aqroturizm sahəsində yeni əməkdaşlıq perspektivləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi əsas müzakirə mövzuları olub. Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində sabah “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinsdəki Ticarət Nümayəndəliyinin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçiriləcək. Tədbirin əsas məqsədi ixrac potensialı yüksək olan Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, yeni ixrac kanalllarının araşdırılması və işgüzar əlaqələrin qurulmasıdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024