Bolqarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində bu ölkənin kənd təsərrüfatı, qida və meşə naziri Rumen Porojanovla ikitərəfli görüş keçirib.
Rumen Porojanov Azərbaycan nümayəndə heyətini Bolqarıstanda görməkdən şad olduğunu bildirib. Bolqarıstanın kənd təsərrüfatı sektoru barədə geniş məlumat verən nazir, iki ölkə arasında aqrar sahədə əməkdaşlıqdan danışıb, bu istiqamətdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu deyib. Rumen Porojanov, həmçinin Avropa İttifaqında kənd təsərrüfatında baş verən yenilikləri diqqətə çatdırıb.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, son illər ölkəmizdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və bu sahənin inkişafında əhəmiyyətli uğurlar əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasət nəticəsində aqrar sektorda yeni yanaşma tətbiq olunur və bu yanaşma öz bəhrəsini verməkdədir. Nazir bildirib ki, aqrar sahədə təhlil, innovasiyaların, bilik və bacarıqların tətbiqi, məhsul istehsalçılarının stimullaşdırılması, fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması bu istiqamətdə əsas şərtlər sırasındadır.
İnam Kərimov Azərbaycan ilə Bolqarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə işçi qrupun yaradılacağını diqqətə çatdıraraq, Azərbaycan tərəfindən işçi qrupun üzvlərinin müəyyənləşdiyini bildirib. Qeyd olunub ki, işçi qrupun gələcək fəaliyyəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığını daha da gücləndirəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024