“Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkəmizdə bu sahədə nadir şərait yaradılıb, vergilərdən azadolunma praktikası tətbiq olunur. Sahibkarlara güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin bəhrələridir”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov Fransanın Kənd Təsərrüfatı və Ətraf Mühit Üzrə Elmi Tədqiqatlar və Texnologiyalar Milli İnstitutunun (İRSTEA) prezidenti Mark Mişel ilə görüşdə söyləyib.
Nazir Prezident İlham Əliyevin Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan Aqrar Tədqiqatlar Mərkəzi, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 7 tədqiqat institutu haqqında ətraflı məlumat verib.
Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlilin, qiymətləndirmənin və proqnozlaşdırmanın aparılması, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, bu sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən söz açıb.
Görüşdə İRSTEA ilə mümkün əməkdaşlıq imkanlarından danışılıb. Kənd təsərrüfatı kooperasiyaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı elmi tədqiqatların aparılması və bu sahədə təcrübə mübadiləsi üzrə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Kənd təsərrüfatı sahəsində elmi tədqiqatçıların qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.
Parisdə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ticarət və kənd təsərrüfatı üzrə direktorluğunda görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlətimizin başçısının dəstəyi və mühüm dövlət islahatları ilə müşayiət olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycanda 2017-ci ildə kənd təsərrüfatı üzrə inkişaf göstəricisi əvvəlki il ilə müqayisədə 4,2 faiz artıb. Ərzaq təhlükəsizliyinin, əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması əsas məqsədlərdəndir. Aqrar sektorda innovasiyalardan istifadə, fermerlərə yaxınlıq, yaxşı idarəetmə kənd təsərrüfatı sahəsində aparılan islahatların əsas prinsipləridir.
Eyni zamanda, görüşdə dövlət sektoru ilə özəl sektor arasında dialoqun möhkəmləndirilməsi, koordinasiya və operativliyin təmin edilməsi istiqamətində görülən tədbirlərdən söz açılıb.
Ölkəmizin İƏİT nəzdində kənd təsərrüfatı üzrə fəaliyyət göstərən komitələrlə əməkdaşlığın gücləndirilməsi və bu komitələrin fəaliyyətində ölkəmizin yaxından iştirakına dair ətraflı müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024