Azərbaycanın müxtəlif bölgələrindən olan 6 qadın Brüsseldə “Avropa inkişaf günləri”ndə təqdimatla çıxış edib.
Azərbaycanlı qadınların təqdimatı “Kənd yerlərində qadınlar və inkişaf” panelində dinlənilib. Dünya Bankının, Avropa Parlamentinin, dünyanın məşhur maliyyə və texnologiya şirkətlərinin rəhbərlərinin, inkişaf üzrə ekspertlərin çıxış etdiyi tədbirdə kənd qadınlarının müasir dünyada yeri, biznes imkanları, onlara lazım olan dəstəklər müzakirə edilib.
Müzakirələrdə dövlət və özəl qurumların innovasiyalar tətbiq etməklə kənd yerlərində yaşayan qadınların resurslara və bazarlara çıxışını asanlaşdırmaq imkanlarına toxunulub. Kənd qadınlarının dəvət aldığı yeganə ölkə kimi Azərbaycan qadınları Balakən, Masallı, İsmayıllı, Ağdam rayonlarında yaradılmış qadın inkişaf qrupları, yerlərdə biznes imkanları barədə danışıblar.
Qeyd edək ki, Azərbaycanda kənd yerlərində qadın inkişaf qrupları Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılır. İlk qrup bu ilin martında Masallı rayonunun Çaxırlı kəndində yaradılıb, hazırda 7 qadın qrupu fəaliyyətə başlayıb və bu qrupların sayı artmaqdadır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024