Dövlət Toxum Fondu tərəfindən ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək reproduksiyalı buğda toxumuna olan ehtiyaclarının müəyyən olunması məqsədi ilə təsərrüfat subyektlərinə əkin üçün tələb olunan toxum barədə sorğular göndərilib.
Göndərilən sorğuların cavablarına əsasən, məhsul istehsalçıların Elit “Qrom” və Elit “Krasnodar 99” buğda sortlarına yüksək tələbatlarının olduğu müəyyən olunub.
Dövlət Toxum Fondu tərəfindən həmin tələbatların ödənilməsi məqsədilə, Stavropol vilayətindən 180 ton yüksək məhsuldarlıqlı Elit “Qrom” və Elit “Krasnodar 99” payızlıq yumşaq buğda toxumları gətirilib. Gətirilmış məhsul Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və Şəki şəhərində yerləşən anbara boşaldılıb.
Toxumları əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024