Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) sentyabr ayından ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı təkrar kütləvi peyvəndləmə tədbirinə başlayır. Heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır.
Respublikamızda dabaq xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi heyvanlar arasında xəstəliyin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsidir.
Dövlət Baytarlıq Xidməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilən epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirlərini aparır.
Qeyd edək ki, dabaq xəstəliyinə qarşı il ərzində heyvanlar 2 dəfə peyvəndləməyə cəlb olunur. Xidmət tərəfindən cari ilin ilk 7 ay ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Dövlət Xidməti bu günlərdə bölgü əsasında 1811300 doza miqdarında rayon (şəhər) baytarlıq idarələrini dabaq əleyhi vaksinlə, eləcə də biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin edib.
Ölkədə epizootik sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda dabaq xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024