Pirəsora qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib
Azərbaycanda yeni qoyun cinsi pasportlaşdırılır. Lerik rayonunun “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də yetişdirilən “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun sortu Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyevin sözlərinə görə, Pirəsora qoyunları xalq seleksiyası yolu ilə yaradılıb və bu günə kimi öz varlığını saxlayıb. İnstitutun mütəxəssisləri Pirəsora qoyunlarının əlamətlərini götürrmək və yaxın gələcəkdə bu qoyunların cins kimi təsdiq olunmasında lazımı materialların toplamaq məqsədilə Pirəsora yaylağında tədqiqat aparıblar. “Qoyunlar qədim zamanlardan Lerik rayonunda saxlanılıb və xalq tərəfindən yetişdiriliblər. Çarpazlaşdırma yolu ilə təsdiqlənəcək cinsin eksteryer göstəriciləri xeyli yüksəldilib. Cinsin təsdiq edilməsi üçün bir neçə meyar var. Əsas meyar isə qoyunların baş sayı, eksteryer göstəriciləri, eyni arealda yerləşməsidir. Bütün bu göstəricilərə görə Pirəsora qoyunları cins kimi təsdiq olunmağa layiqdir və yaxın vaxtlarda əldə olunmuş materiallar və elmi araşdırmalarin nəticələri cinsin təsdiq edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq”.
Hazırda “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də 8269 baş Pirəsora qoyunu yetişdirilir. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqramdır. Toğluların çəkisi isə 30 kiloqrama çatır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024