“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd Sovqatı” layihəsinin növbəti mərhələsini həyata keçirib. Könüllülər təşkilatın “Kənd Sovqatı” layihəsi çərçivəsində Azərbaycanın 10 müxtəlif regionunda 49 aztəminatlı ailəyə ərzaq yardımlarını çatdırıb, onların bayramlarını təbrik ediblər.
Əvvəlki illərdə olduğu kimi bu il Novruz bayramı ilə əlaqədar Xaçmaz, Göygöl, Qəbələ, Quba, Şəmkir, Samux, Şəki, Şamaxı rayonları, Gəncə və Şirvan şəhərlərində yaşayan ailələrin ehtiyacları nəzərə alınıb, həmçinin könüllülər şəhid ailələri və ahılları ziyarət ediblər.
Qeyd edək ki, “Kənd Sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüdətli layihələrindəndir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində indiyədək 300-dən çox ailəyə dəstək olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024