Bakıda arıçılıq məhsullarının 19-cu respublika satış-sərgi yarmarkası davam edir. Yarmarka “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə 3 sentyabr 2018-ci il tarixli 120 nömrəli əmrə əsasən keçirilir.
Yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub, bunlardan 5 ton çərçivə halındadır. Yarmarkaya ən çox arı məhsulları Astara və Aran rayonlarından gətirilib.
Təqdim olunan bal nümunələrinin analizi nəticəsində 30 tona yaxın bal keyfiyyətsiz hesab edilərək, satışa buraxılmayıb. Keyfiyyətsiz bal nümunələri xüsusi anbara yığılaraq möhürlənib və yarmarka başa çatana kimi anbarda saxlanacaq.
Oktyabrın 28-dək davam edəcək yarmarkanın iştirakçıları üçün 15 maddədən ibarət davranış qaydaları müəyyənləşdirilib, qaydalar arıçılara izah olunub. Qaydalara əməl etməyən arıçılar yarmarkadan uzaqlaşdırılacaq. Davranış qaydalarında bərabər rəqabət şəraiti formalaşdırmaq, alıcılara və yarmarka iştirakçılarına münasibətdə etik davranmaqla bağlı maddələr öz əksini tapıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024