Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı yarmarkaları davam edir. Paytaxtın 14 ünvanında keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar ucuz qiymətə əhaliyə təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti strukturları və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalar üçün müasir standartlara uyğun qapalı məkanlar ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri gün ərzində paytaxtda təşkil olunan yarmarkalara baş çəkib, yaradılan şəraitlə maraqlanıblar. Nazirliyin Aparat rəhbəri Aqil Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır”.
Aqil Quliyev əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda yerləşən yarmarka martın 21-dək alıcıların ixtiyarında olacaq. Paytaxtdakı digər satış yarmarkaları isə həftə sonu, həmçinin 16-21 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçirilir.
Binəqədi rayonu
7-ci mikrorayon, Kunanbayev küçəsi
Xətai rayonu
Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi
Qaradağ rayonu
Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı
Nəsimi rayonu
3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a
Nərimanov rayonu
Fətəli xan Xoyski küçəsi, Qələbə meydanı
Pirallahı rayonu
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyekti
Sabunçu rayonu
Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 72
Suraxanı rayonu
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli \"V\" yaşayış sahəsi, \"Günəş\" ticarət mərkəzi
Xəzər rayonu
Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, döngə 2
Yasamal rayonu
Hüseyn Cavid prospekti, AMEA-nın qarşısındakı park
Nizami rayonu
Cəmşid Naxçıvanski küçəsi, 74, 8-ci kilometr yarmarkası Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, \"Orbita\" ticarət mərkəzinin avtomobil dayanacağıSəbail rayonu
Seyran Məmmədov küçəsi, 6 Nizami küçəsi, 154, \"Landmark\" mehmanxanasının yanıİsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024