Türkiyə respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və “Dağ Arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində bal və bal məhsullarının qablaşdırılması və satışının təşkili məqsədi ilə kompleks müəssisə tikilib.
29 noyabr 2018-ci il tarixdə, saat 11:00-da qeyd olunan müəssisənin açılışı olacaq. Açılışda Türkiyə səfiri, TİKA-nın rəhbərliyi, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Aqrar Ticarət şirkətinin, Ailə Biznesinə ASAN Dəstək (ABAD) Publik Hüquqi şəxsin əməkdaşları, arıçılar və digər nümayəndələr iştirak edəcəklər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024