Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.
Fərmanda Nazirlər Kabinetinə iki ay müddətində xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin, Nazirlər Kabineti sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının bu Fərmanın 1-ci hissəsinə əsasən müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
DAHA ƏTRAFLI: https://president.az/articles/36901
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024