Beyləqan rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Dövlət Yol Polisi İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə sahibkarlar, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar iştirak ediblər.
Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına düzgün riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin fəaliyyətinin genişlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev Agentlik tərəfindən son zamanlar bu sahədə həyata keçirilən tədbirlər, göstərilən xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində görülən işlər və innovativ texnologiyalar barədə ətraflı məlumat verib.
Sonda qeyd edilən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, iştirakçılara xidmətin fəaliyyətini və xidmətə görə ödəniləcək rüsumları əks etdirən bukletlər paylanılıb.
Bu cür tədbirlər mütəmadi keçirilir. Növbəti tədbirin Qobustan rayonunda kecirilməsi nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024