Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar. Qonaqları müəssisənin direktor müavini Şəhriyar Hacıyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xəyalə Qurbanova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış ediblər. Qonaqlara müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar haqqında geniş məlumat verilib. Tanışlıq zamanı gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə təqdimatlar olub. Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar qonaqlarda böyük təəssürat yaradıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024