Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu özəl şirkətlərlə əməkdaşlığı genişləndirir. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə "HH GROUP"un nümayəndələri arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib və toxum, pestisid, gübrə, kənd təsərrüfatı maşınları və avadanlıqlarının təchizatı, yeni texnologiyaların nümayişi və fermerlərə texniki dəstək sahəsində maarifləndirilmə işlərinin görülməsi qərara alınıb
İnstitutda gedən tədqiqat işləri ilə yaxından tanış olan şirkət nümayəndələri kənd təsərrüfatı məhsulları istehsalçılarının üzləşdiyi əsas çətinliklərin bitki mühafizəsi ilə bağlı olduğunu qeyd ediblər. Görüş iştirakçıları bu istiqamətdə birgə səylərin birləşdirilməsinin səmərəli nəticələr verəcəyini vurğulayıblar.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institutda işçi qrupu yaradılacaq və şirkət əməkdaşları ilə birgə fəaliyyət təmin olunacaq. Fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsi üçün birgə seminarların keçirilməsi, onlara mövsüm ərzində elmi dəstəyin göstərilməsi nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024