Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan təsərrüfat sahibləri 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak edən həmkarlarına dəstək vermək üçün Bakıya gəliblər. Azərbaycan Arıçılıq Assosiasiyasının üzvləri ilə görüşən arıçılar onlarla yarmarkanın təşkili ilə bağlı fikir mübadiləsi aparıb, Kənd Təsərrüfatı Nazirliyinin bu il yarmarkanın təşkilində assosiasiyanı tərəfdaş seçməsini müsbət qarşılayıblar. Assosiasiyanın rəhbəri Bədrəddin Həsrətov yarmarkaya qatılmayan, lakin buradakı iştirakçılara dəstək vermək üçün müxtəlif bölgələrdən Bakıya gələn arıçılara təşəkkür edib. O bildirib ki, bu il keçirilən yarmarkanın təşkilini ölkədə arıçılığın inkişafına doğru növbəti addım kimi qiymətləndirmək olar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasını arıçıların fikir mübadiləsi aparmaq, təcrübə bölüşmək üçün platforma olduğunu deyən Bədrəddin Həsrətov qeyd edib ki, Azərbaycan Arıçılar Assosiasiyası arıçıların maarifləndirilməsi işinə mühüm önəm verir.
Yarmarkadakı həmkarlarına dəstək olmaq üçün gəlmiş arıçılar görülən işləri müsbət dəyərləndiriblər. Görüşdən sonra xatirə şəkli çəkdirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024